Etdiyi proqnozlarla özündən söz etdirən tanınmış ekstrasens Fərid Zamanlı 2022-ci il Azərbaycan, Ermənistan, Türkiyə və Rusiya haqda bir sıra prlqnozlar verib.
SHOWNEWS.AZ xəbər verir ki, Zamanlı yeni ilin ilk ayında ölkəni cənginə alacaq partlayışın var verəcəyini görür. O, mart ayına qədər üzücü xəbərlərin davam edəcəyini açıqlayıb. Ekstrasens həmçinin bir sıra yeni qanunların qüvvəyə minəcəyini elan edib. Bir sıra xoşagəlməz hadisələrə nəzər salmasaq, il ümumilikdə Azərbaycan üçün siyasi arenada çox uğurlu olacaq.
Proqnozunda Fərid bu ilin 3-cü ayına qədər qəlyançıların xoş xəbər alacağını da bildirib.
F. Zamanlının öncəgörməsinə görə, Azərbaycan və Ermənistan arasında olan yenilik nəinki iki ölkənin vətəndaşlarını, bütün dünyanı şoka salacaq. 2022-ci ilin isə Ermənistan üçün çox ağır il olacağını bildirib. May ayına qədər isə Türkiyə üzərində qara buludların olacağını və sanki lənətlənmiş bir tilsimin Türkiyəni bürüdüyünü açıqlayıb.
2022-ci ilin ən səs-küylü, dünyanı şoka salan ölkəsi Rusiya olacaq. Belə ki, Rusiyadmüharibəyə başlayacaq. Pələng ili Rusiya üçün çox qarmaqarışıq olacaq.