AzərbaYcan və Türkiyədə verdiyi proqnozlarla tanınan ekstrasens Mehman Rəhmanoğlu 2023-cü il ilə bağlı qorxunc proqnozlar verib.
Mehman bildirir ki, 2023-cü ildə də COVİD 19 və onunla bərabər daha qorxunc bir xəstəlik bəşəriyyəti gözləyir.
2023-cü il dövşan ili ölkəmiz üçün əmin-amanlıq, bolluq, inkişaf, sülh ili olmaqla yanaşı, təbii fəlakətlər də çox olacaq. Öncəgörücü 2023-cü ildə Bakı və rayonlarda zəlzələ olacağını, meşə yanğınları, paytaxtda binaların yanacağını və qəfil partlayışın olacağını proqnoz verib.
O, həmçinin tanınmış simalardan birinin evinin yanacağını da açıqlayıb. Bir tanınmış simanın isə avtomobil qəzasında dünyasını dəyişəcəyini bildirib. O, həmçinin bir ticarət mərkəzinin də tamamən yanacağını proqnoz verib. O, baş verəcək bəlaların bunlarla yekunlaşmayacağını da əlavə edib.
Qeyd edək ki, ekstrasens Mehman Rəhmanoğlu 2022-ci ildə verdiyi proqnozlarla özündən söz etdirməyi bacardı. Onun öncədən verdiyi Sumqayıt yanğını, Bakıda klubdakı partlayış, Rusiya və Ukrayna müharibəsi və s. öz əksini tapıb.