Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

"Xoşqədəm Hidayətqızının da, Zaur Baxşəliyevin də verilişi bağlanacaq" - Azra Məcidova

"Xoşqədəm Hidayətqızının da, Zaur Baxşəliyevin də verilişi bağlanacaq" - Azra Məcidova

Hər zaman proqnozları özünü doğruldan ekstrasens Azra Məcidova ölkədən getməyə hazırlaşır.


“Bu yaxınlarda Azərbaycanı tərk edəcəm. Bəzi sənədləşmə işlərim qalıb. Artıq başqa ölkədə yaşayacağam” deyən müsahibim hələlik köçəcəyi ölkənin adını açıqlamaq istəmir. Biz isə onunla söhbətə ötən dəfəki açıqlamasından danışaraq başladıq.   
Sonuncu müsahibənizdə Cavid Qurbanovun vəzifəsində dəyişiklik olacağını demişdiniz. Bu tip yeniliklər daha hansı məmurlar arasında gözlənilir?   

- Kəmaləddin Heydərov vəzifədən gedəcək. Zakir Həsənovun da uzun müddət öz postunda qalacağını görmürəm. Artıq vəzifəsini itirən Əli Həsənovu isə dörd divar gözləyir.   

Yeri gəlmişkən son günlər meymunçiçəyi xəstəliyi geniş müzakirələrə səbəb olur. Sizcə narahat olmağa əsas var? Bu virus “Covid 19” kimi pandemiya vəziyyətinə gətirib çıxara bilər?   

- Xeyr, qətiyyən. Meymunçiçəyi xəstəliyi dünyadakı insanların sayının azaldılması məqsədi ilə düşünülmüş bir şeydir. Amma bu, “Covid 19” kimi olmayacaq. Qısa zamanda adiləşəcək, dəhşətli insan ölümünə, qapanmaya səbəb olmayacaq. Sözsüz ki, müxtəlif səbəblərdən - fəlakət, müharibə, fərq etmir, qarışıqlıq həmişə olub, bundan sonra da olacaq. Amma ölkəmiz üçün böyük təhlükə yoxdur. Əksinə Zəngəzur dəhlizi açılacaq, müsbətə doğru dəyişikliklər olacaq.   

Bir az da sənət aləmindən danışaq. Ötən müsahibələrinizdə "yeni ifaçı gələcək, Röyadan da məşhur olacaq, arıq qızdır, bir az Röyanın o vaxtlarına oxşayır" demişdiniz. Təsadüfən bu fikirlər indi şəklini sizə göstərəcəyimiz müğənni Hiss haqqında deyilki?   

- Röya həmişə gündəmdə olub, olacaq da. Yaxın zamanlarda elə bir mahnı çıxaracaq ki, oxuduğu bütün hitlər arasında ən möhtəşəmi olacaq. Amma gənc ifaçı məsələsinə gəlincə isə o qız Hiss deyil. Elə bir müğənni olacaq, lakin hələ yox. Bir müddət sonra. O yeni gələn qız da az-çox görünüşcə Röyaya oxşayacaq.   

“TV-lərdəki vəziyyət heç də ürəkaçan deyil. Kaş kanal rəhbərlərini dəyişərdilər” deyənlərin sayı gün keçdikcə artmaqdadır.  Sizcə TV rəhbərləri arasında vəzifəsini itirənlər olacaq?   

- Yeni kanal açılacaq. O kanalda abu-hava daha fərqli olacaq. Bəzi kanallarda isə köklü dəyişikliklər gözlənilir. İndi yayımlanan sosial verilişlər də müvəqqətidir. Zaur Baxşəliyev bir müddət sonra yeni layihə təqdim edəcək, tam başqa formatda. Ümumiyyətlə az qalıb, zaman gələcək sosial layihələr bağlanacaq. Bu fikir həm Xoşqədəm Hidayətqızı, həm Zaur Baxşəliyev üçün keçərlidir. Hətta Xoşqədəm Hidayətqızı ümumiyyətlə tv-dən gedəcək.    

Bəs adını çəkdiyiniz şəxslərin şəxsi həyatları ilə bağlı nələr deyə bilərsiniz?   

- Xoşqədəm Hidayətqızı Doğuşla ayrılıq yaşamayacaq. İkisi də bir-birini sevir və bu ailə davamlı olacaq. Zaur Baxşəliyev efirdə necədirsə, həyatda da elədir. Günayla birlikdə çox xoşbəxt ailəsi var. Hətta onların 3-cü övladı da doğulacaq. Düzdür anasının səhhətində problemlər var. İnşallah tezliklə sağlamlığına qovuşmasını arzu edirəm. Qızı Dilavərin isə xüsusi bir istedadı var. Bu yaxınlarda onu hamı biləcək. O biri Zaur haqqında (red. - Zaur Kamal) heç kimin gözləmədiyi bir şey olacaq. Zaur bir müddət sonra yüksək vəzifədə olacaq. Çox güman ki, elə öz sahəsində.  Ailə həyatı da olduğu kimi davam edəcək. Amma kiçik övladının bir az narahatlığı olduğunu hiss edirəm. İnşallah tezliklə düzələr.    Son günlər şəxsi həyatı ilə tez-tez gündəmdə olan Mətanət İsgəndərli haqqında fikirlərinizi eşitmək istərdim.   

- Mətanət İsgəndərli çox yaxşı müğənnidir, insan kimi də yaxşıdır. Sadəcə onun keçmiş gəlini vəziyyəti daha da qəlizləşdirdi, özünü reklam etdi. Əslində o qızın şəxsi həyatı ilə bağlı bəzi məsələlər var ki, məhz o səbəbə görə Mətanət xanım uşaqları anasına vermək istəmirdi. Amma versə də belə həmişə özü nəzarətdə saxlayacaq.