"İstəməsək də, Azərbaycanda koronavirusla əlaqədar yenidən qapanmalar olacaq. Yenidən maska taxmaq tələbi qüvvəyə minəcək. Və bu bir müddət davam edəcək. Dövlət özü də qapanmaların marağında olmasa da, insanların səhhətini qorumaq üçün bu addımı atacaq".
Bu açıqlamanı ekstrasens Mehman Rəhmanoğlu edib. Öncəgörücü qapanmaların təkcə Azərbaycanda deyil, əksər ölkələrdə olacağını bildirir. O, həmçinin Ermənistanın üzərinə düşən öhdəlikləri yerinə yetirmədiyi üçün dövlətimizi müharibəyə təhrik edəcəyini iddia edir:
"10 noyabr sazişinə əsasən Ermənistan bütün hərbçilərini Qarabağdan çıxartmalıdır. Amma onlar bilərəkdən bu prosesi yubadır. Bizi müharibə yolu ilə erməni hərbçilərini torpaqlarımızdan çıxarmağa sürükləyir. Müharibə qaçılmazdır".
Qeyd edək ki, ekstrasensin verdiyi proqnozların hamısı reallaşıb.