Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

“Kaş müharibə haqda proqnozum real olmazdı, səhərə qədər ağlamışam” - EKSTRASENS MEHMAN

“Kaş müharibə haqda proqnozum real olmazdı, səhərə qədər ağlamışam” - EKSTRASENS MEHMAN

"Öz ailəmdən aprel döyüşlərinin şəhidi var. Şəhid xəbərinin nə qədər ağrılı-acılı olduğunu bilirəm. Müdafiə Nazirliyinin gecə ilə brifinq keçirməsi, şəhidlərimizin olması xəbərini eşidib səhərə qədər ağlamışam. Həmin günləri yenidən yaşamışam".

Bu açıqlamanı tanınmış ekstrasens Mehman Rəhmanoğlu edib. Ekstrasens deyir ki, Allaha yalvarırdım ki, müharibə öncəgörməm reallaşmasın, şəhidlərimiz olmasın:

"20 iyul verdiyim proqnozda müharibənin qaçılmaz olacağını bildirmişdim. Bunu hiss edirdim. Ermənistanın üzərinə düşən öhdəlikləri yerinə yetirmədiyi üçün dövlətimizi müharibəyə təhrik edəcəyini öncədən açıqlamışdım. Amma gecə-gündüz namazda Allaha yalvarırdım ki, bu baş verməsin. Heç bir evə şəhid xəbəri gəlməsin. Heç bir ananın gözü yaşlı qalmasın. Təəssüf ki, müharibənin olacağını görsəm də, onun qarşısını ala bilmirəm. Allahdan şəhidlərimizə rəhmət, ailələrinə səbr diləyirəm".

Qeyd edək ki, ekstrasens Mehman Rəhmanoğlu verdiyi proqnozu linkdən oxuya bilərsiz.

http://m.shownews.az/news/astrology/8660-azerbaycanda-yeniden-qapanmalar-olacaq-muharibe-qacilmazdir