"Mən Türkiyədəki partlayış haqda ilin sonu proqnoz vermişəm. Bir neçə gün öncə isə yuxularım tamam qarışdı. Partlayış, yanğın, insanların göz yaşını hiss edirdim. Gördüklərim o qədər real idi ki, hətta alovun istisini belə hiss edirdim. Yuxudan duran kimi 2 rükət namaz qıldım. Allaha insanların qorunması üçün yalvardım".
SHOWNEWS.AZ-a danışan ekstrasens Mehman Rəhmanoğlu hələ fəlakətin daha çox olacağını açıqlayıb:
"Çox qorxulu hadisələr görürəm. Bütün verdiyim proqnozlar da reallaşır. Təəssüf ki, fərdi şəxslərdə baş verəcək bədbəxtliyin qarşısını almaq mümkün olsa da, təbii fəlakətlər, partlayış və yanğınlarda bu mümkünsüzdür. Kaş ki, bu hadisələrin qarşısını almaq gücündə olardıq".