Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

“Partlayışı öncədən o qədər real görmüşdüm ki, alovunu da hiss edirdim” - EKSTRASENS MEHMAN

“Partlayışı öncədən o qədər real görmüşdüm ki, alovunu da hiss edirdim” - EKSTRASENS MEHMAN

Xəbər verdiyimiz kimi, bir neçə saat öncə Abşeron rayonu, Xırdalan şəhərində çoxmərtəbəli yaşayış binasında partlayış baş verib. 
Partlayış nəticəsində 3 nəfər xəsarət alıb və xəstəxanaya çatdırılıb. 
Hadisədən danışan ekstrasens Mehman Rəhmanoğlu partlayış haqda öncədən proqnoz verdiyini və bunun dəqiq tarixini görə bilmədiyi və ən əsası qarşısını ala bilmədiyi üçün təəssüfləndiyini bildirdi:

"Proqnozlarım qorxuncdur. İlin sonuna kimi qəzalar, insan tələfatı ilə nəticələnən avtobus qəzalası, paytaxt da daxil olmaqla Bakı və Sumqayıtda yanğınlar görürəm. Görüntülərim o qədər realdır ki, hətta yanğınların alovunun istisini belə hiss edirəm. Yeni ilin ilk günü də ölümlə nəticələnən yol qəzaları olacaq. Təəssüf kj, bir çox ailə üçün yeni il heç də bayram olaraq başlamayacaq".

Mehman həmçinin Fransanın Azərbaycana qarşı apardığı təzyiqin heç bir əhəmiyyətinin olmayacağını bildirdi:

"Bu gün Azərbaycan elə bil gücdədir ki, Avropa ölkələri Azərbaycanla hesablaşmaq məcburiyyətindədir. Fransa isə ancaq Ermənistana dəstək üçün mənasız yollara əl atır. Mən Xankəndində çox yaxın illərdə azərbaycanlıların yaşayacağını görürəm".