“2023-cü il asan il olmayacaq”.
SHOWNEWS.AZ- a danışan tanınmış ekstrasens Mehman Rəhmanoğlu ilk olaraq bütün dünyanın diqqətini üzərinə alan Rusiya və Ukrayna müharibəsinin gələn ildən sovuşacağını qeyd edib:
“Rusiya bütün dünyanı nüvə silahı ilə hədələsə də, bu baş verməyəcək. Əksinə, Ukrayna və Rusiya müharibəsi təxminən gələn il havaların soyumağa başladığı aylardan qosmən bitəcəyini demək olar. Amma Ukrayna üçün bu 2029-cu ilədək davam edəcək. Ukraynanın bərbası 2041-ci ildə yekunlaşacaq. Bütün dünya yardım etsə də, Ukrayna bu müharibənin ağırlığını hələ uzun müddət çəkəcək. Gələn il Putin və Zelenskinin hətta görüşünü belə görürəm. Müəyyən müqavilələr bağlanacaq. Amma bunu barışıq da adlandırmaq olmaz”.
Öncəgörücü gələn isə ABŞ üçün də çox ağır olacağını açıqlayıb:
“Dollar bir çox ölkələrdə nüfuzunu itirəcək. ABŞ var gücü ilə bunun qarşısını almağa çalışacaq. Deyərdim ki, 2023-cü ildən ABŞ parçalanmağa başlayacaq. Bunu zamanla hər kəs görəcək”.
Azərbaycana gəlincə isə deyə bilərəm ki, gələn bizim üçün də asan olmasa da, bir çox istəklərimizə nail olacağıq:
“2023-cü ildə azərbaycanlıların Xankəndinə, Xocalıya gedişini görürəm. Diktə edən biz olacağıq. ABŞ, Fransa, Ermənistan nə qədər çalışsalar da, zamanımızı alacaqlar. Amma nəticə bizim xeyrimizə olacaq. Orada bizim bayraqlar dalğalanacaq. Amma antiterror əməliyyatları da istisna deyil. Çünki düşmən öz əməlindən əl çəkmək niyyətində deyil”.
Mədəniyyət və incəsənət aləmi üçün 2023-cü ili dəhşət ili adlandırmaq olar:
“Gələn il baş verəcək itkilər ölkədə şok effekti yaradacaq. Tanınmış simalardan nəinki yaşlılar, hətta gənclər arasında da itkimiz çox olacaq. May ayına qədər artıq bir neçə tanınmış, arasında Əməkdar artist də olacaq ki, dünyasını dəyişəcək”.
Mehman həmçinin təbii fəakətlərin olacağını da əlavə edib:
“Təəsüflə qeyd edirəm ki, 2023-cü ildə də yanğınlar çox olacaq. Ticarət Mərkəzində baş verəcək yanğından isə çox adam ziyan görən görəcək. İlin ilk günü isə avtoqəzalarla yadda qalacaq”.
O, Türkiyə üçün də ağır il olacağını bildirib:
“Türkiyə və terror eyni səslənəcək. Döyüş meydanında Türkiyəyə gücü çatmayanlar qisasını terror törətməklə keçirəcək. Meşə yanğınları olacaq. Bu da düşmənlərinin “əl işi” olacaq. Bilərəkdən ardıcıl yanğınlar törəcəklər. Amma Türkiyə bunun da öhdəsindən gələcək”.