Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

“Xoşqədəm dövlət mükafatı alacaq, Nigar ərə gedəcək, Zeynəb Xanlarova isə…”

“Xoşqədəm dövlət mükafatı alacaq, Nigar ərə gedəcək, Zeynəb Xanlarova isə…”

Ölkənin əsas ekstrasensi Fərid Zamanlı 2023-cü il üçün tanınmış şou biznes nümayəndələri üçün proqnoz verib.  

 

Çox adam haqda proqnoz vermək istəməyən öncəgörücü TOP 5 məşhur seçərək, bu il onları gözləyəcək hadisələrdən danışıb:

 

İlk olaraq tanınmış telejurnalist Xoşqədəm Hidayətqızı haqda proqnoz verən Fərid aparıcını bu il uğur qarabaqara izləyəcəyini açıqladı:

 

“Bu il Xoşqədəm xanımın həm şəxsi, həm də iş həyatında uğurları olacaq. Onu bu il dövlət tərəfindən mükafat da gözləyir. Yenilikləri çox olacaq. Bu ili Xoşqədəm xanımın həyatında kraliyyət ili də adlandırmaq olar. Amma bu il düşmənləri daha aktiv hərəkətə keçəcək. Ona problemlər yaratmağa çalışacaqlar. Onunla prinsipdə olan adam çalışdığı qədər bu xanıma pislik etməyindən əl çəkməyəcək. Amma demək olar ki, heç nəyə nail olmayacaq. Amma əsəblər tarıma çəkiləcək”.

 

Əfsanəvi müğənnimiz Zeynəb Xanlarova haqda danışan ekstrasens 2023-cü ili sənətkar üçün elə də asan il adlandırmadı:

 

“Zeynəb Xanlarovaya sadəcə Allahdan şəfa diləyirəm. Bu ilin noyabr ayınadək səhhətində ağırlıq olacaq. Allah köməyi olsun. Dualarımızl əsirgəməyək. Hər birimizin sevimlisi, əzizidir. Onun mahnıları ilə böyümüşük. Onu hər zaman səhnədə görək”

 

Xalq artisti Brilliant Dadaşovadan danışan ekstrasens sənətkarın hər zaman zirvədə olacağını açıqladı:

 

“Brilliant xanım sənətin zirvəsindədir. O zirvədə ondan başqa heç kəs olmayacaq. Amma bu il Brilliant xanım üçün asan il olmayacaq. Bu il ən yaxın ailə üzvlərindən biri ilə gözlənilmədən vidalaşmalı olacaq. Dadaşovanın oğlunu isə onu istəməyən adamlar işə salmaq istəyəcək. Cahadı göz bəbəyi kimi qorusa, bunu atlada bilər. Diqqətli olmasını məsləhət görərdim”.

 

Xalq artisti Flora Kərimovadan danışan Fərid Zamanlı düşmənlərinin bu il dayanmadan pislik edəcəklərini açıqladı:

 

“Flora Kərimova çox güclü qadındır. Onu yenə bilməyəcəyi bir şey yoxdur. Bu gücü və iradəni ona Yaradan verib. Bu cür insanları adətən seçilmiş bəndələr olur. 

Amma Flora Kərimovaya güclü cadular olunur. Düşməni hətta sənətkarın ölümünə belə əməl edir. Cadu edən düşməni dayanmadan pis əməlindən əl çəkmir. Həmin adam şeytana qulluq edir və sənətkarın ölümünü arzulayır. Allah Flora xanıma can sağlığı versin”.

 

Ekstrans bu ili Nigar Şabanova üçün dirçəliş ili anlandırdı:

 

“Ötən il yaşadığı əsəb, gərginlik, göz yaşlarını Nigar bu il unudacaq. Ağlına gəlmədiyi gözəl günlər onu gözləyir. Gözləmədiyi tanışlıq Nigarın həyatını müsbətə doğru 180 dərəcə dəyişəcək. Düşünməsin ki, uğursuz ailə həyatından sonra bu evlilik kitabını bir dəfəlik bağlayıb. Onun qarşısına elə insan çıxacaq ki, istəsə ailə də quracaq. Amma bunu Nigar istəməlidir”.