Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

“Paşinyana sui-qəsd olacaq, Azərbaycanda qiymətlər enəcək, nüvə müharibəsi isə….” - Ekstrasens Fərid

“Paşinyana sui-qəsd olacaq, Azərbaycanda qiymətlər enəcək, nüvə müharibəsi isə….” - Ekstrasens Fərid

Ölkənin əsas ekstrasensi Fərid Zamanlı 2023-cü il üçün bir çox dünya ölkələri haqda şok proqnozlar verib. 

 

Bu haqda SHOWNEWS.AZ saytına eksklüziv müsahibə verən öncəgörücü bu ili ən dəhşətli formada Ermənistanın yaşayacağını bildirib:

 

“Ermənistanda ağılasığmaz mitinqlər olacaq. Həmin ölkənin tarixində görülməmiş insan axınını küçələrdə görürəm. Onlar baş verənlərə etiraz edəcəklər. Küçələri dağılmış, maşınları alovlanan, mağazaları qarət olunmuş, qan axını görürəm. 

Sanki bu xalq lənətlənib. Onları kömək etmək istəyənlər olacaq. Amma onlar üçün artıq gec olacaq. 

Günahsız insanlar, körpələri gözü yaşlı görürəm. 

Paşinyanın ailəsinə isə sui-qəsd olacaq. Nəinki narazı xalq, hətta onun öz ətrafındakılar Paşinyandan üz çevirəcək. Onu qaranlıqda görürəm”.

 

Azərbaycandan danışan Fərid Zamanlı bu ilin ölkəmiz uğur çox uğurlu olacağını bildirdi:

 

“Xocalı və Xocavənddən xoş xəbərlər alacağıq. Bu Xankəndidən də əvvəl ola bilər.  Laçın dəhlizi isə tez bir zamanda açılacaq. Hər şey Azərbaycanın istədiyi kimi olacaq. Yeni qanunlar qüvvəyə minəcək.

 

Əhalinin ən çox gözlədiyi xəbər isə ölkə başçımızdan gələcək. Bir çox məhsulların qiyməti enəcək. Azərbaycan xalqını sevindirəcək yeni qanunlar qəbul olunacaq”.

 

ABŞ-dan danışan öncəgörünü dünyanın super gücünün bu il fəlakətlər içində olacağını açıqladı:

 

“ABŞ-da baş verəcək partlayış bütün dünyanın ana xəbərinə çevriləcək. Qarırğalar, fırtına və tornadolar ABŞ-da yüzlərlə evi yerlə-yeksan edəcək. Çoxlu insan tələfatı görürəm. Amerikanın ən tanınmış dünya ulduzlarından biri vaxtsız dünyasını dəyişəcək. Onun üçün dünyanın 4 bir yanında yas saxlayacaqlar. Qəfil ölüm həmçinin dünya liderlərindən birinin də başına gələcək. Bu il prezidentlik müddəti bitməmiş dünya liderlərindən biri vəfat edəcək”.

 

Cənub qonşumuzdan danışan ekstrasens dovşan ilini İran hakimiyyəti üçün fəlakət adlandırıb:

 

“İran o qədər ağır günlər yaşayacaq ki, hətta hakimiyyət dəyişə bilər. Mitinqlər səngiməyəcək. Hakimiyyət saysız edamlar, həbslər etsə də, bu insanların gözünü qorxutmayacaq. İran öz qan gölündə özü boğulacaq. İran hakimiyyəti etirazçıların tələbi ilə qanunları yumşaltmasa, daha ağır günlər onları gözləyir. 

Amma İranda yaşayan azərbaycanlılar bu il sevinəcək. Onların sevincinə səbəb olacaq hadisələr baş verəcək. İllərdir gözlədiyi hadisələr baş verəcək. Onları azad görürəm”.

 

Ukrayna və Rusiya müharibəsindən danışan öncəgörücü Şimal qonşumuzun gücünün daha da artacağını açıqladı:

 

“Bütün dünya Rusiya əleyhinə olsa da, o hələ də hegemonluğunu qoruyacaq. Bütün dünyaya təkbaşına qalib gəlir. Ağ ayı pəncəsi ilə düşmənlərini darmadağın etdiyini görürəm. Rusiya Ukrayna ilə yox, ABŞ və Avropa ölkələri ilə müharibə edir. Amma gözlənilən dəhşətli nüvə müharibəsi olmayacaq. Rusiyanın havasını kəsməyə cəhdlər olacaq, amma qış ayları ağ ayını daha güclü görürəm. Müharibə isə hələ bir neçə ay davam edəcək. İnsanlardan dua etmələrini xahiş edirəm. Saysız günahsız insanların məhv olduğunu görürəm. Kilsələrdə göz yaşı sellə axır, saysız gənc əsgərlərin ölümü hələ çox ailəni gözü yaşlı qoyacaq. Rusiyada da ağılasığmaz matəm görürəm. Bəşər tarixində bu qədər kədər bir neçə dəfə yaşanıb. Bütün bunları dünya izləyib şoka düşəcək. Rusiya itkilərinin rəsmi sayını açıqlamağa çəkinsə də, bu rəqəm Rusların özü üçün də qorxunc olacaq. Rusiya əhalisinin artımını isə görmürəm. Rus analarını, qızlarını gözü yaşlı görürəm. Bu çox qorxuncdur”.