Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

Yaşayan Nostradamusdan YENİ PROQNOZ: “Onlar qiyamətdə sağ qalacaq”

Yaşayan Nostradamusdan YENİ PROQNOZ: “Onlar qiyamətdə sağ qalacaq”

Dünya Kubokunun çempionatının finallarını və COVID-19 pandemiyasını düzgün proqnozlaşdırmaqla məşhurlaşan braziliyalı peyğəmbəri Athos Salome 2023-cü il proqnozları ilə hər kəsi təəccübləndirib.

Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, yeni bir proqnoz verən Athos, yaşanacaq fəlakətdə “sağ əlində xüsusi işarəsi olan insanların sağ qalacağına” inanır.

İllər əvvəl COVID-19 pandemiyasını proqnozlaşdıran və 2022-ci il Dünya çempionatının finallarını düzgün bilən Athos Salome dəqiq proqnozları sayəsində “Yaşayan Nostradamus” adlanır. İddia olunur ki, 36 yaşlı braziliyalı Athos da Ukraynanın işğalını və kraliça II Yelizavetanın ölümünü proqnozlaşdırıb. Athos daha əvvəl İlon Maskın məbədpərəst ola biləcəyini və Dəccalın 2023-cü ildə dünyaya gələcəyini iddia edib.

 Braziliyalı görücü indi bütün insanların “virtual apokalipsis” yaşadığını iddia edir. Athosun fikrincə, sağ əlində xüsusi işarəsi olanlar bu virtual apokalipsisdən sağ çıxacaqlar.

Salome deyir ki, insanlar öz cihazlarının “quluna və girovuna” çevrilib və həqiqi ünsiyyət qura bilmirlər. 35 yaşlı mistik öz baxışı ilə bağlı bunları deyir:
 
“Smartfonlar bir çox sahələr və peşələr üçün vacib alətə çevrilib. Onun istifadəçiləri qullara və girovlara çevrilib. Təəssüf ki, insanların çoxu ondan necə istifadə edəcəyini bilmir. Fiziki olaraq ünsiyyət qurmaqda çətinlik çəkirlər. Gözlərin içinə baxanda necə reaksiya verəcəklərini bilmirlər. Yeni nəsillər sosiallaşmaqda və şifahi danışıqda çətinlik çəkirlər. Onlar axmaq və hərəkətsiz olurlar”.
 
Athosun fikrincə, əlimizdəki telefonların işığının birbaşa alnımıza əks olunması qiyamətin əlamətidir. Athos iddiasını gücləndirmək üçün Bibliya ayələrinə işarə edir:

“Böyük-kiçik, varlı-kasıb, azad və ya qul hər kəsi əlləri ilə alnına müəyyən işarə qoymağa məcbur edirdi”.
 
Sağ əldəki işarə


 
Athos iddia edir ki, texnoloji tərəqqi müqəddəs kitablarda proqnozlaşdırılan digər fəlakətlərə səbəb olub. O, sağ əl və alındakı işarənin “Neuralink”in beyin çipi olduğunu irəli sürür. Çünki bu beyin çipi həm ovuc içərisinə, həm də beyinə yerləşdirilə bilər. Athosa görə, sağ əldəki xüsusi işarə bu çip və insanların virtual apokalipsisdən sağ çıxması yolu ola bilər.