Yasamal rayonunda ana iki azyaşlı uşağı ilə özünü 4-cü mərtəbədən atıb
SHOWNEWS.AZ xəbər verir ki, 1991-ci il təvəllüdlü Cəfərova Nigar Musa qızı və onun 4 yaşlı oğlu - 2016-cı il təvəllüdlü Manafov Hüseyn Cavid oğlu, habelə qadının digər azyaşlı oğlu (adı dəqiqləşdirilir) özlərini yaşadıqları binanın 4-mərtəbəsindən atıblar.
Ağır bədən xəsarətləri alan yaralılar xəstəxanaya çatdırılıblar.
Ananın və övladlarının vəziyyətlərinin ağır olduğu bildirilir.