Türkiyənin İğdır şəhərində oğul anasını bıçaqla qətlə yetirib.
Bu barədə “Haber Global” məlumat yayıb.
Kayar ailəsi böyük oğulları koronavirusa yoluxduğu üçün karantində olub. Kiçik oğul Sərkan Kayar bacısı Özgecan Kayarın telefonla mesaj yazmasına əsəbiləşib. Bundan sonra mübahisə böyüyüb və S.Kayar bacısına şillə vurub. Ana Hanım Kayar araya girib. Mətbəxdən bıçağı götürən oğul anasını bıçaqlayıb. H.Kayar xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.