Azərbaycanlı əsirlərə işgəncə verən 51 yaşlı Ermənistan vətəndaşı Mkrtçyan Lüdviq Mkrtçoviç həbs edilib.
SHOWNEWS.AZ-ın verdiyi xəbərə görə, onun barəsində Hərbi prokurorluğun verdiyi təqdimata Bakı Hərbi Məhkəməsinin hakimi Elbəy Allahverdiyevin sədrliyi ilə baxılıb.
Hakimin qərarı ilə Azərbaycan Cinayət Məcəlləsinin 113-cü (tutulmuş və ya azadlığı başqa cür məhdudlaşdırılmış şəxslərə fiziki ağrılar və ya psixi iztirablar vermə) maddəsi ilə təqsirli bilinən L.Mkrtyçyan barəsində həbs qətimkan tədbiri seçilib.
Qeyd edək ki, L.Mkrtçyan Vətən Müharibəsində əsir götürülən erməni hərbçilər arasında olub. Ermənistan tərəfi də onun əsir düşdüyünü açıqlayıb.