Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

Mübahisə zamanı bacısını öldürdü, qızını yaraladı - BƏRDƏDƏ DƏHŞƏT

Mübahisə zamanı bacısını öldürdü, qızını yaraladı - BƏRDƏDƏ DƏHŞƏT

İyunun 24-ü saat 19 radələrində Bərdə rayonunda yerləşən evlərdən birində 1988-ci il təvəllüdlü Vəfa Həsənovanın ölməsi, onun yetkinlik yaşına çatmayan qızı Ulduz Abbasovanın isə xəsarət almasına dair rayon prokurorluğuna məlumat daxil olub.

Bərdə rayon prokurorluğundan  verilən məlumata görə, aparılmış araşdırma zamanı 1986-cı il təvəllüdlü Həsən Həsənovun aralarında yaranmış mübahisə zamanı kəsici-deşici alətlə xəsarət yetirərək bacısı Vəfa Həsənovanı öldürməsi, Ulduz Abbasovanı isə yaralamasına əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Bərdə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb. Həsən Həsənov hadisədən sonra könüllü olaraq istintaqa təslim olub və prokurorun qərarı əsasında şübhəli şəxs qismində tutulub.

 

İbtidai istintaq davam etdirilir.