Avqustun 1-də Astara rayonunun Çürkəş kənd sakini, 1952-ci il təvəllüdlü Qubad Əliyevin yaşadığı evdə kəsilmiş-deşilmiş xəsarətlərindən ölməsi faktı ilə bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanaraq istintaq aparılır.
Bu barədə Astara Rayon Prokurorluğundan məlumat verilib.
Bildirilib ki, istintaq-əməliyyat tədbirləri nəticəsində cinayətin zərərçəkmişin qızı 1987-ci il təvəllüdlü Rühəngiz Əliyeva tərəfindən şəxsi münasibətlər zəminində törədilməsinə əsaslı şübhələr müəyyən edilib. R.Əliyeva rayon prokurorluğunun qərarı əsasında şübhəli şəxs qismində tutulub.
İbtidai istintaq davam etdirilir.