Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

16 yaşlı qızı zorlayan qrup SAXLANILDI

16 yaşlı qızı zorlayan qrup SAXLANILDI

Xəbər verdiyimiz kimi, Sumqayıtın Hacı Zeynalabdin Tağıyev qəsəbəsində yaşayan 2007-ci təvəllüdlü qız bir il ərzində davamlı olaraq yeddi nəfər tərəfindən zorlanıb.

AZXEBER.COM-un əldə etdiyi məlumata görə, Sumqayıt şəhərində azyaşlıya qarşı edilən qanunsuz əməllə bağlı Sumqayıt Şəhər Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 152.1. (On dörd yaşına çatmış, lakin on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) maddəsi ilə cinayət işi başlanılıb.

Hadisədə iştirak edən şəxslər müəyyən olunaraq istintaqa cəlb ediliblər. Hazırda istintaq hərəkətləri davam etdirilir.

Qeyd edək ki, 2004-cü il təvəllüdlü Bibiqulu Xosrov oğlu Abbasov qızın 15 yaşı olan zaman onunla tanış olub və zorlayıb.
 

Daha sonra dostları ilə birlikdə qızı hər şeyi atasına deməklə şantaj edib və davamlı zorlayıblar.