İraq təhlükəsizlik qüvvələri Bağdadda yeni il gecəsi özünü partlatmaq niyyətində olan bir ekstremisti həbs edib.
SHOWNEWS.AZ “Al Sumaria” telekanalına istinadən xəbər verir ki, bu barədə ölkənin Milli Təhlükəsizlik Agentliyi məlumat yayıb.
“Diyala və Salah ed-Din əyalətlərində kəşfiyyat xidmətlərinin əməliyyat tədbirləri nəticəsində terror yuvası zərərsizləşdirilib və dörd nəfər saxlanılıb, onlardan biri Bağdadda yeni il şənliklərində özünü partlatmağı planlaşdıran kamikadzedir”, - məlumatda belə deyilir.
Onlar dindirilmə zamanı Milad və Yeni il gecələrində paytaxtda “sabitliyi pozmaq üçün təlimat aldıqlarını” etiraf ediblər.
// APA