Bu gün səhər saat 07 radələində Gəncədə bacısı Səbinə Abbasovanı qətlə yetirən 1984-cü il təvəllüdlü Hüseyn Abbasov barəsində bəzi faktlar üzə çıxıb.
"Qafqazinfo” xəbər verir ki, H.Abbasov 2008-ci ildən həbsdə imiş və bu ilin may ayında azadlığa çıxıb. Belə ki, 15 il əvvəl Hüseyn Bərdə rayonunda anası Ceyran Qiyasovanı döyə-döyə amansızlıqla qətlə yetirib. Həmin vaxt o, həbs edilib və uzun müddət həbsdə saxlanılıb. Həbs müddətində islah olunmayan şəxs azadlığa çıxandan sonra ögey (ata bir, ana ayrı) bacısı-Gəncədə yaşayan Səbinə ilə əlaqə saxlayıb. O, müğənnilik edən bacısından mütəmadi olaraq pul tələb etməyə başlayıb və aralarında narazılıq yaranıb.
Qeyd edək ki, H.Abbasov anasını qətlə yetirməmişdən əvvəl də cinayət əməli törədibmiş.