Sumqayıtda qətl hadisəsi baş verib.
“Qafqazinfo”nun məlumatına görə, hadisə şəhərin 12-ci mikrorayon adlanan ərazisində qeydə alınıb.
32 yaşlı Səbinə Babışova səhər saatlarında bıçaqla qətlə yetirilib. Hadisəyə görə əri Ağababa Babışov şübhəli bilinir.
Cütlüyün iki azyaşlı övladı var.
Faktla bağlı araşdırma aparılır.
***
Hadisə ilə bağlı Sumqayıt şəhər prokurorluğu məlumat yayıb.
Məlumatda deyilir ki, yanvarın 29-u saat 4 radələrində Sumqayıt şəhəri ərazisində 1993-cü il təvəllüdlü Səbinə Babışovanın öldürülməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub.
Araşdırma zamanı 1989-cu il təvəllüdlü Ağabala Babışovun yaşadıqları evdə bıçaqla xəsarətlər yetirərək arvadı Səbinə Babışovanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Sumqayıt şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Ağabala Babışov iş üzrə şübhəli şəxs qismində tutulub.
İbtidai istintaq davam edir.