Tekirdağın Çerkezköy mahalında tarixi "İncil" kitabını 25 milyona satan şəxs saxlanılıb.
SHOWNEWS.AZ xəbər verir ki, jandarma qrupu tərəfindən ələ keçirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilib.
Belə ki, saxlanılan şəxs 650 illik tarixə malik olan kitabı 25 milyona satışa çıxarıb. Jandarma əməkdaşlarından biri özünü alıcı kimi təqdim edib. Satış işlərini həyata keçirərkən isə şübhəli cinayət üstündə yaxalanıb.