SHOWNEWS.AZ report-a istinadən xəbər verir ki, hadisə Xırdalan şəhərində qeydə alınıb.
Qohumlar arasında düşən mübahisə sonda bıçaqlanma ilə nəticələnib.
Bıçaq zərbələri alan 1982-ci il təvəllüdlü Süleymanov Yəhya Rafiq oğlu təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.
Müayinə zamanı onun döş qəfəsi və qarın boşluğunda 4 ədəd kəsilmiş-deşilmiş bıçaq yarası aşkarlanıb.
Hadisənin təfərrüatı rayon polisi tərəfindən araşdırılır.