Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

Ata bıçaqlandı, oğul döyüldü - Azərbaycanda

Ata bıçaqlandı, oğul döyüldü - Azərbaycanda

Göygöl rayonunda ata bıçaqlanıb, oğlu isə döyülüb.

SHOWNEWS.AZ xəbər verir ki, hadisə rayonun Toğanalı kəndində baş verib. Kənd sakinləri 1980-ci il təvəllüdlü Bayramov Asif Ağarza oğlu və onun 2003-cü il təvəllüdlü oğlu Ruslan Bayramov müxtəlif bədən xəsarətləri alıblar.

Hadisə zamanı ata Asif Bayramov ayaq nahiyəsindən bıçaqlanıb, oğlu Ruslan Bayramov isə döyülərək baş nahiyəsindən xəsarət alıb.

Hər iki şəxs Gəncə şəhərində yerləşən xəstəxanalardan birinə yerləşdirilib, səhhətləri orta-ağırdır.

İlkin məlumata görə, ata və oğulu Bəhruz adlı şəxs döyüb. Artıq faktla bağlı polisə məlumat verilib, araşdırma başlanılıb.

// Baku.ws