Qanunsuz saxlanılan silah-sursatın aşkar edilməsi istiqamətində polis orqanları tərəfindən əməliyyat-axtarış, profilaktik tədbirlər davam etdirilir.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən SHOWNEWS.AZ-a verilən məlumata görə, daxil olan məlumat əsasında Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi müvafiq tədbirlər nəticəsində rayon sakini, 25 yaşlı Xəyyam Kazımovdan 1 ədəd “AK-74” markalı avtomat silahı aşkar olunaraq götürülüb.
X.Kazımov əvvəllər Cinayət Məcəlləsinin 234-cü (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) və 317-cü (Cəzaçəkmə müəssisələrinin və ya istintaq təcridxanalarının normal fəaliyyətini pozma) maddələri ilə məhkumluq həyatı yaşayıb.
Faktla bağlı araşdırma aparılır.