Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

Azərbaycanlı “qanuni oğru Albert Rıjiy” qətlə yetirildi

Azərbaycanlı “qanuni oğru Albert Rıjiy” qətlə yetirildi

Rusiyanın Sankt-Peterburq şəhərində yaşayan “Albert Rıjiy” ləqəbli kriminal avtoritet Əli Heydərov öldürülüb. 

SHOWNEWS.AZ Rusiya mediasına istinadən xəbər verir ki, Ə.Heydərov idman zalında qətlə yetirilib. Hadisə bu gün günorta saatlarında baş verib. "Albert Rıjiy"ın qətlində bir neçə nəfər iştirak edib və onlar cinayəti törətdikdən sonra qaçıblar. Qətl zamanı yaxınlıqda kriminal avtoritetin mühafizəçisi olub. Hazırda hadisə yerində polis əməkdaşları araşdırmalara başlayıb.

 

Qeyd edək ki, “Albert Rıjıy” kimi tanınan Əli Müseyib oğlu Heydərov 1981-ci il fevral ayının 2-də Gəncədə anadan olub. “Albert Rıjıy” ləqəbi ilə məşhurlaşan Ə.Heydərov “qanuni oğru” adını 2012-ci ildə Sankt-Peterburqda menqrel kriminal avtoritetlər Merab Mzarelua və Kardava qardaşları tərəfindən  alıb. O, vaxtı ilə “Ded Xasan” klanında yer alıb.