Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

Lerikdə üç uşaq anası amansızlıqla QƏTLƏ YETİRİLDİ

Lerikdə üç uşaq anası amansızlıqla QƏTLƏ YETİRİLDİ

Lerik rayonunda üç uşaq anasının boğazı kəsilərək qətlə yetirilib.

SHOWNEWS.AZ Report-a istinadən xəbər verir ki, hadisə Barzavu kəndində qeydə alınıb.

Belə ki, 40-45 yaşlarında olan qadın evində boğazı kəsilmiş vəziyyətdə aşkar olunub. Qadının kiçik oğlu evə gələndə anasını ölmüş vəziyyətdə görüb, qohumlara xəbər verib. Qətlə yetirilən qadının həyat yoldaşı Rusiyada yaşayır. Övladlarından kiçiyi anası ilə birlikdə qalır.

 

Meyit müayinə olunmaq üçün Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran rayon şöbəsinə təhvil verilib.

Faktla bağlı Lənkəran Rayon Prokurorluğunda araşdırma aparılır.