Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

Namus üstündə ölən Fatmanı dayısı yastıqla boğub öldürübmüş...

Namus üstündə ölən Fatmanı dayısı yastıqla boğub öldürübmüş...

Göyçay rayon prokurorluğu mayın 9-da Bığır kəndində baş verən qətl hadisəsi ilə bağlı məlumat yayıb.

Prokurorluqdan "Qafqazinfo"ya verilən məlumata görə, həmin gün saat 07 radələrində sözügedən ünvanda yaşayan bir nəfər şəxsin guya dəm qazından ölməsi barədə məlumat daxil olub.

İstintaqla müəyyən edilib ki, rayon sakini Vüqar Bədəlov qeyd edilən tarixdə saat 06 radələrində evinə qonaq gələn bacısı qızı Fatma Məmmədovanı yatan zaman qısqanclıq zəminində yastıqla boğaraq öldürüb.

 

Faktla bağlı Göyçay rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, Vüqar Bədəlov həmin maddə ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda istintaq aparılır.