Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

Ərini yandırıb, həyətdə basdırdı - AZƏRBAYCANDA DƏHŞƏT

Ərini  yandırıb, həyətdə basdırdı - AZƏRBAYCANDA DƏHŞƏT

Neftçala rayonunda itkin düşən kişinin yandırılmış meyiti tapılıb.

 

Rayonun Aşağı Surra kənd sakini, 1956-cı il təvəllüdlü Əsgərov Qalib Cabir oğlu 2021-ci il mayın 11-də evdən çıxıb və bir daha geri qayıtmayıb. Bu barədə onunla qeyri-rəsmi nikah münasibətlərində olan, əslən Lerik rayon sakini, 1960-cı il təvəllüdlü Məhərrəmova Şahzadə Nəzir qızı polis şöbəsinə məlumat verib.

 

Hüquq-mühafizə orqanları tərəfindən aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində Q. Əsgərovun həyətdə yandırılmış meyiti aşkar edilib. Onun həyat yoldaşı Ş. Məhərrəmova şübhəli şəxs qismində saxlanılıb.

 

İlkin istintaq zamanı Ş.Məhərrəmova ərini qətlə yetirdikdən sonra öz həyətlərində yandıraraq basdırdığını etiraf edib.

 

Faktla bağlı araşdırma aparılır.

///Report