Mayın 20-də günorta saatlarında Yasamal rayonu ərazisində rayon polis idarəsinin əməkdaşı sevgilisini öldürüb intihara cəhd edib.
Yasamal rayon Polis İdarəsinin əməkdaşı, 1995-ci il təvəllüdlü Həsən Osmanov yaşadığı Yasamal rayonu, 1055-ci məhəllə, 7 saylı binaya gələrək, binanın 14-cü mərtəbəsində kirayə yaşayan, qonşusu 1996-cı il təvəllüdlü Fatimə Hüseynovanı qısqanclıq zəminində qətlə yetirib.
Polis əməkdaşı qadını qətlə yetirəndən sonra onun yaşadığı binanın balkonuna çıxaraq özünü güllələyib. Polis əməkdaşı özünü güllələyib balkondan atmak istəyib, lakin paltarı balkonuna sürahisinə ilişdiyindən balkondan asılı qalıb. Polisin hadisəni törətdiyi tabel silahı binanın həyətindən tapılıb.
Məlumata görə, qətlə yetirilən qadın həyat yoldaşından ayrı, azyaşlı qızı ilə yaşayırmış.
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, faktla bağlı cinayət işi qaldırılıb, zəruri istintaq və əməliyyat tədbirləri həyata keçirilir. (trend)