Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

Oğlanlar içdilər və qıza... Bakıda gecə klubunda DƏHŞƏTLİ OLAY

Oğlanlar içdilər və qıza... Bakıda gecə klubunda DƏHŞƏTLİ OLAY

Bakıda barda qıza sataşan oğlanın sağlamlığına xəsarət yetirməkdə təqsirli bilinən İslam Yusifovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

SHOWNEWS.AZ  Publika.az-a istinadla  xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbuhi Hüseynovun sədrliyi ilə baş tutan prosesdə prokuror ittiham aktını elan edib.

İttihama görə, İslam Yusifov paytaxtın Nizami rayonunda yerləşən “Siyah-beyaz” gecə klubunda əylənərkən Kamil Cəlilovun orada işləyən Elnarə adlı qıza dəfələrlə yaxınlaşdığını görüb.

Həmin vaxt Kamil Cəlilov Elnarənin yaxasından tutaraq özünə tərəf çəkib. Bu zaman İslam Yusifov ona yaxınlaşaraq iradını bildirib.

Bu səbəbdən onların aralarında mübahisə yaranıb. Mübahisə zamanı İslam Yusifov Kamili izləyib və Qara Qarayev prospektində yerləşən binaların həyətində onu arxadan vuraraq yerə yıxıb.

Daha sonra, İslam Yusifov Kamili döyüb. Kamil baş və bədən nahiyələrindən ağır xəsarətlər alıb.

İttihama münasibət bildirən İslam Yusifov özünü qismən təqsirli bilib. O, qeyd edib ki, Elnarə ilə gecə klubunda tanış olub: “Elnarə həmin gecə klubunda işləyirdi. Onu əvvəldən tanımırdım”.

Təqsirləndirilən şəxs qeyd edib ki, hadisə baş verən günü ailəsini rayona göndərib, özü isə əylənmək üçün gecə klubuna gedib: “Həmin vaxt mən də, Elnarə də içkili idik. Kamil bir neçə dəfə qıza yaxınlaşdı. Qız isə ona "otval" verdi. Sonra Kamil qızın yaxasından tutdu və onunla əylənmək istəməsini tələb etdi. Bu səbəbdən Kamilə yaxınlaşdım və ona bildirdim ki, hərəkətlərinə diqqət elə. Bu zaman Kamil məni söydü”.

İslam Yusifovun sözlərinə görə, Kamilin söyüş söyməsindən əsəbiləşib, bu səbəbdən onların arasında mübahisə yaranıb. O, daha sonra ifadəsində sonra baş verən davadan və Kamilə yetirdiyi xəsarətdən danışıb.

Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınan Kamil Cəlilov qeyd edib ki, İslam Yusifovun hadisə barədə yalan danışır: “Mən qıza cəmi bir dəfə yaxınlaşdım. Bu oğlan klubda qızla bağlı mənə hər hansı bir irad bildirmədi. Orada öz aramızda mübahisəmiz düşdü, sonra sakitləşdik”.

Kamil Cəlilov qeyd edib ki, səhərə yaxın gecə klubundan çıxıb və evinə yollanıb. Onun sözlərinə görə, həmin vaxt içkili olub: “Özümə gəlmək üçün bir az binanın həyətində dayandım. Siqaret yandırdım ki, çəkim. Siqaret çəkən zaman kimsə məni arxadan vurdu. Həmin şəxsin nə ilə vurduğunu görmədim. Məni İslamın vurduğunu da görməmişəm. Sadəcə istintaqda dedim ki, hadisədən əvvəl klubda bir oğlanla mübahisəmiz düşmüşdü”.

Növbəti proses mayın 8-də davam edəcək.