İyunun 15-də həmkəndlisi tərəfindən döyülən 14 yaşlı yeniyetmə vəfat edib.
Rayonun Qaraqaşlı kənd sakini, 2007-ci il təvəllüdlü Məmişov Nihad Vüqar oğlu bu gün xəstəxanada vəfat edib.
Qeyd edək ki, o, aralarında yaranan mübahisə zəminində həmkəndlisi tərəfindən döyülərək ağır xəsarətlər almışdı.
N.Məmişov əvvəlcə Ağsu Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Lakin vəziyyəti ağır olduğundan Bakı şəhərindəki xəstəxanalardan birinə göndərilmişdi.
Yeniyetməyə xəsarət yetirən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.
Faktla bağlı araşdırma aparılır. / "Report"