Sosial şəbəkələrdə onlayn yolla narkotik satan 27 nəfərlik dəstə tutulub
Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin keçirdiyi növbəti əməliyyat zamanı sosial şəbəkələrdə onlayn yolla narkotik vasitələrin satışını həyata keçirən 27 nəfər saxlanılıb.
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.