Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

Falçı şəhidin həyat yoldaşını aldadıbmış

Falçı şəhidin həyat yoldaşını aldadıbmış

Qusar rayonunda falçının evdən oğurluq etməsi hadisəsi ilə bağlı bəzi detallar məlum olub.

 

"Report" xəbər verir ki, rayon sakini Qusar Rayon Polis Şöbəsinə (RPŞ) müraciət edərək iyun ayının 27-də tanımadığı bir qadının onun yaşadığı evə gəldiyini, evində şər qüvvələr olduğunu bildirərək fala baxmaq adı ilə ora daxil olduğunu və 11 800 manat pulunu oğurladığını bildirib.

 

Məlum olub ki, qarət olunan qadın Vətən müharibəsi şəhidi Çoban Nurmətovun həyat yoldaşı Əfsanə Nurmətovadır.

 

Hadisəni isə Yevlax rayon sakini Aygün Abdullayeva adlı qadın törədib.

 

Qadın həyat yoldaşı Elçin Abdullayevlə birlikdə sonuncuya məxsus "Ford Tranzit” markalı nəqliyyat vasitəsi ilə Yevlax istiqamətində hərəkətdə olan zaman polis əməkdaşları tərəfindən Hacıqabul rayonu ərazisində saxlanılaraq istintaqa təhvil veriliblər. Saxlanılan zaman isə E.Abdullayevə məxsus nəqliyyat vasitəsinə keçirilən baxış zamanı avtomobildən bir ədəd "AKS-74U” markalı avtomat, 24 ədəd patron və bir ədəd avtomat darağı aşkarlanaraq götürülüb.

 

Onların barəsində Qusar RPŞ-nin İstintaq Bölməsində cinayət işi açılıb, araşdırmalar aparılır.

 

A.Abdullayeva tutulan zaman pulun bir hissəsini və qızıl üzüyü zərəçəkmişə qaytarıb.

 

Qeyd edək ki, şəhid Ç.Nurmətov 1984-cü il noyabrın 23-də Qusar rayonunun Cibir kəndində anadan olub.