Mingəçevir Dövlət Universitetinin tələbəsi bıçaqlanaraq öldürülüb.
APA xəbər verir ki, hadisə “Miraj” restoranının ərazisində baş verib.
Mingəçevir Dövlət Universitetinin tələbəsi 2003-cü il təvəllüdlü Məhəmməd Alıyev bıçaqlanaraq qətlə yetirilib.
İlkin məlumata görə, qətlə yetirilən tələbə “Miraj” restoranında ofsiant kimi çalışırmış. O, sinə və çənə nahiyəsindən aldığı bıçaq zərbələrindən dünyasını dəyişib.
Mingəçevirdə tələbəni qətlə yetirən şəxs saxlanılıb.
Mingəçevir şəhər Polis Şöbəsi əməkdaşlarının şəhər Prokurorluq əməkdaşları ilə birgə keçirdiyi əməliyyat axtarış tədbirləri nəticəsində Mingəçevir Dövlət Universitetinin birinci kurs tələbəsi Məhəmməd Alıyevi bıçaqlayaraq öldürməkdə şübhəli bilinən 2004-cü il təvəllüdlü şəhər sakini Kənan Osmanov saxlanılaraq istintaqa təhvil verilib.