Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

İcra başçısının bacısı oğlu faciəvi şəkildə öldü

İcra başçısının bacısı oğlu faciəvi şəkildə öldü Samur-Abşeron kanalının Sumqayıt şəhəri ərazisindən keçən hissəsində 1991-ci il təvəllüdlü Əbilov Daşqın Tapdıqəli oğlu batıb. Onun cəsədi FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə ailəsinə təhvil verilib. "Qafqazinfo" Unikal.org-a istinadən xəbər verir ki, faciəvi şəkildə suda boğularaq həyatını itirən 27 yaşlı gənc Şabran Rayon İcra Hakimiyyətinin başçısı Novruz Novruzovun bacısı oğludur. Allah rəhmət eləsin!