Türkiyədə tükürpədici hadisə yaşanıb.
AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, 23 yaşlı E.Y adlı gənc oğlan intihar edib. İntiharla bağlı polis tərəfindən cinayət işi başlanıb.
Hadisə nəticəsində məlum olub ki, gənc oğlana qohumu 69 yaşlı kişi V.T cinsi zorakılıq göstərib və bu nə az, nə çox 9 il davam edib.
Məhkəmə zalında çıxış edən 69 yaşlı təcavüzkar əməlini etiraf edib və hər şeyi ətraflı şəkildə deyib.
O bildirib: "İş səbəbilə 2002-ci ildə Tekirdağ şəhərinə - qohumlarımın yanına köçdüm. Bir müddət sonra isə cinsi zərurətimi ödəmək üçün E.Y-ın otağına yaxınlaşaraq hər dəfə ona təcavüz etdim və bu 9 il davam etdi."
Qeyd edək ki, 69 yaşlı kişiyə məhkəmə qərarı ilə 26 il həbs cəzası verilib.