Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

Ana bir yaşlı övladını su kanalına atdı - Azərbaycanda dəhşətli hadisə

Ana bir yaşlı övladını su kanalına atdı - Azərbaycanda dəhşətli hadisə Biləsuvar rayonunda dəhşətli hadisə baş verib.   "Report” xəbər verir ki, hadisə bu gün səhər saatlarında rayonun İsmətli kəndində qeydə alınıb.   Belə ki, həmin kənddə yaşayan 1992-ci il təvəllüdlü Gülər İmanzadə 1 yaşlı övladı Polad İmanzadəni su kanalına atıb. Nəticədə uşaq suda boğulub.   Hazırda hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb edilib.   Hadisənin təfərrüatı dəqiqləşdirilir.   Faktla bağlı araşdırma aparılır.