Sabirabad rayonunda ailə faciəsi baş verib.
APA xəbər verir ki, hadisə Sabirabad rayonunun Əsgərbəyli kəndində qeydə alınıb.
Saatlı rayonunun Bəylik kənd sakini, 1963-cü il təvəllüdlü Məhərrəmov Nizam Qaraoğlan oğlu ov tüfəngi ilə həyat yoldaşı, Sabirabad rayonunun Əsgərbəyli kənd sakini, 1976-cı il təvəllüdlü Məhərrəmova Ruhiyyə Əmirxan qızını və qayınatası, Sabirabad rayonunun Əsgərbəyli kənd sakini, 1936-cı il təvəllüdlü Əflatunov Əmirxan Əlibala oğlunu qətlə yetirib və daha sonra özünü öldürüb.
Faktla bağlı Sabirabad Rayon Prokurorluğunda araşdırma aparılır.