
Lent.az-ın məlumatına görə, hadisə paytaxtın Qaradağ rayonu, Puta qəsəbəsində qeydə alınıb. Açıq ərazidə əl-qolu bağlı şəkildə yandırılan qadının meyitini sakinlər aşkarlayıblar. Daha sonra bu barədə polisə və digər müvafiq orqanlara məlumat verilib. Hazırda faktla bağlı araşdırmalar gedir.