Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

Azərbaycanda sabiq polis rəisi əmisi tərəfindən bıçaqlandı

Azərbaycanda sabiq polis rəisi əmisi tərəfindən bıçaqlandı

Xaçmaz rayonunda keçmiş polis rəisi əmisi tərəfindən bıçaqlanıb. 

Bu barədə Oxu.Az-a hüquq-mühafizə orqanlarından məlumat verilib.

Təqaüdə çıxan polis rəisi Əliağa Əsgərbəyli ailə münaqişəsi zəminində əmisi tərəfindən bıçaqlanıb. O, yaralı vəziyyətdə Xaçmaz Rayon Mərkəzi xəstəxanasına çatdırılıb.

 

Daha sonra əmisi Rövşən Əsgərbəyli sənədsiz ov tüfəngi ilə intihar edib.

 

Qeyd edək ki, Ə.Əsgərbəyli Siyəzən Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin rəisi olub. O, 2021-ci il avqustun 19-da təqaüdə çıxıb.

 

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

 

Xatırladaq ki, Ə.Əsgərbəyli həm də Xaçmaz rayonunda yerləşən "Çənlibel” restoranının sahibidir.