Mərhum qanuni oğru Rövşən Canıyevin (Rövşən Lənkəranski) “sağ əli” hesab olunan 40 yaşlı Ülfət Tağıyevin (“Rufo Gəncinski”) 8 illik cəza müddəti başa çatır. Lent.az xəbər verir ki, qanuni oğrunun sabah Rusiyada azadlığa çıxacağı gözlənilir.
Məlumata görə, məhkəmə tərəfindən onun Rusiyaya girişinə ömürlük qadağa qoyulur.
Bundan başqa, "Rufo Gəncinski" Rusiyadan Azərbaycana da deportasiya edilə bilər. Lakin qanuni oğruya yaxın mənbələrin bildirdiyinə görə, o bir müddətlik Azərbaycanda deyil, Türkiyədə daÜlfət Tağıyevin azadlığa çıxmasından sonra kriminal dairələrdə canlanma olacağı qeyd edilir.
Rövşən Lənkəranskinin tərəfdarlarının Hacıbaba Talıbxanlının (Hacı Beyləqanskinin) həbsindən sonra bir qədər gözləmə mövqeyinə keçdiyi hiss olunurdu. Həmçinin Rövşən və Nadir Səlifovun (Lotu Quli) ölümündən sonra kriminal aləmin azərbaycanlı üzvlərinin mövqeləri ciddi şəkildə zəifləməkdədir. Həm Lotu Qulinin qardaşı qanuni oğru Namiq Səlifov, həm də digər cəbhədə təmsil olunun Cavid Məmmədovun (Dato Ağcabədinski) səylərinə baxmayaraq bəzi bazarlarda azərbaycanlı sahibkarlar əvvəlki kimi rahat deyillər. Həm hər iki qanuni oğrunun əvvəlkilər qədər "cəki"sinin olmaması, həmçinin Lənkəranski və "Lotu Quli" qədər gücünün olmaması buna təsir edir.
"Rufo Gəncinksi"nin azadlığa çıxması məhz bu mövqelərin güclənməsinə gətirib çıxara bilər. Ülfət Tağıyevin həm mərhum qanuni oğru Əli Heydərovun "Albert Rıjı", həm də Rövşən Lənkəranskinin tərəfdarlarına rəhbərlik edəcəyi gözlənilir. İkinci bir tərəfdən "Dato Ağcabəndinski" ilə Rövşən Lənkəranskinin tərəfdarlarının münasibətləri çox yaxşıdır. Hər iki qanuni oğrunun birgə hərəkət edəcəyi də istisna olunmur. Rusiya və Ukraynada olan bazarların idarə olunması üçün hər iki qanuni oğru güclərini birləşdirə bilər.
Bildirilir ki, "Rufo" və "Dato" onlara qarşı mövqedə olan Namiq Bakinski ilə də müharibə aparacaqlar. Çünki kriminal aləmdə Rövşənin ölümündə bir nömrəli səbəbkar məhz "Lotu Quli" və onun komandası hesab olunur. "Rufo"nun həm də qisas məqsədilə Namiqin üzərinə gedəcəyi, məhz onun bazarlardakı mövqelərini zəiflətmək və əlindən almaq üçün mübarizə aparacağı bildirilir.
"Dato" bundan əvvəl "Lotu Quli" ilə konfliktdə olub. Çünki "Lotu Quli" yunan oğrular tərəfindən taclandırılan "Dato Cavid"in oğru olmasını tanımayıb.
Ülfət Tağıyevə Cavid Məmmədovdan başqa daha bir neçə qanuni oğrunun dəstək verməsi də gözlənilir. Belə ki, "Lotu Quli" ilə konfliktdə olan Rafiq Masallinski, Emin Hacıqabulinski, Zaur Naxçıvanski və Ceyhun Gəncinski də "Rufo Gəncinski"yə dəstək verəcəklər.
Bu qruplaşmaya da maliyyə dəstəyinin güclü olacağı, bunu mərhum Rövşən Lənkəranskinin yaxınlarının təmin edəcəyi məlumdur.
Sonda "Rufo Gəncinski"nin dosyesini təqdim edirik.
Ülfət Tağıyev 1981-ci ildə aprelin 12-də Gəncə şəhərində anadan olub. Gənc yaşlarından kriminal aləmə meyl edib. Yetkinlik yaşına çatmamış artıq məhkumluq həyatı yaşayıb. Daha sonra azadlığa çıxsa da yenidən cinayət törədərək həbsə düşüb. Qobustanda cəza çəkən Ülfət Tağıyevin burada həyatı dəyişib. Belə ki, Rövşən Lənkəranski ilə tanışlığı yaranıb. Həmçinin "Kriti"də Rafiq Eyvazovla (Rafiq Masallinski) birlikdə "obşaka" baxıb.
Həbsdən çıxandan sonra Rövşən Lənkəranskinin yanına gedib. Hacı Beyləqanski ilə birlikdə Rövşənin “sağ əli”nə çevrilib. Bir çox qətl hadisələrində Ülfət Tağıyevin adı keçir. Məhz əfsanəvi Aslan Usayanın (Ded Xasan) qətlində də Ülfət Tağıyevin imzası olduğu qeyd edilir. Bildirilir ki, Rövşənin sifarişi ilə Ülfət Tağıyev “Ded Xasan”ı öldürüb.
Rövşən Lənkəranski Ülfət və Hacıbabanın xidmətlərinə görə, 26 qanuni oğru ilə birlikdə 2012-ci ildə Dubayda keçirilən “sxodka”da onlar taclandırılıb. 2012-ci ildən istər Rövşən Lənkəranski, istərsə də yaxın adamları Rusiya buraxılmırdı. Onların barələrində cinayət işləri mövcud idi. Lakin 2013-cü ildə "Rufo Gəncinski" gizli yollarla Rusiya ərazisinə daxil olur. Rusiya Xüsusi Xidmət orqanları tərəfindən Ülfət Tağıyev saxlanılıb. Onun saxlanması ilə bağlı videogörüntülər də yayılıb. Görüntülərdə məlum olur ki, Ülfət Tağıyev çox qəddarcasına saxlanılıb.
Müstəntiqin suallarını cavablandırmayan Ülfət Tağıyev özünün qanuni oğru olduğunu bildirib. İstər istintaqda, istər də məhkəmədə ifadə verməkdən imtina edib. Ona Rusiya Cinayət Məcəlləsinin 222-ci, 327-ci, 105-ci maddələri ilə ittiham verilib. Moskvanın Lüblinski şəhər Məhkəməsi tərəfindən Ülfət Tağıyev 8 il müddətinə azadlıqdan məhrum edilib.
O, Rusiyanın ən çətin həbsxanalarından sayılan “Matrosskaya tişina” həbsxanasına göndərilir. 34 yaşlı Ülfət Tağıyev burada “Ded Xasan”ın ölümündə adı keçdiyindən yerli avtoritetlər tərəfindən qəbul olunmayıb və onun həyatının təhlükədə olmasını anlayan həbsxana rəhbərliyi “qanuni oğru”nu 2 il ərzində tək kamerada saxlayıb.
“Ded Xasan”ın (Aslan Usoyan) qanuni varisi kimi Zaxari Kalaşov həbsdən azad olunub qayıtdıqdan sonra yeni taclandırılan xeyli qanuni oğrunun bu addan məhrum edilməsinə nail olub. Onlardan biridə məhz Ülfət Tağıyev olub.
Ülfət Tağıyev həbsdə olduğu müddətdə bir neçə dəfə digər ağır cəzaçəkmə müəssisəsinə göndərilib.