Ağstafa rayonunda 18 yaşlı şəxs bıçaqlanıb.
Oxu.Az-ın məlumatına görə, hadisə zamanı 2003-cü il təvəllüdlü Fərrux Qasımov dörd bıçaq xəsarəti alıb.
O, xəstəxanaya yerləşdirilib.
Hadisəni 2005-ci il təvəllüdlü A.Məmmədov törədib. Həmin şəxsin dilənçi olduğu bildirilir.
Faktla bağlı araşdırmalara başlanılıb.