Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

Ər arvadını döyərək öldürdü - Azərbaycanda dəhşətli hadisə

Ər arvadını döyərək öldürdü - Azərbaycanda dəhşətli hadisə Oğuzda qadın öldürülüb.   Report xəbər verir ki, hadisə Böyük Söyüdlü kəndində baş verib. Kənd sakini, 1957-ci il təvəllüdlü Gülgəz Abdurrahman qızı Mustaqova döyülüb. Altmış dörd yaşlı G.Mustaqova Oğuz Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, aldığı xəsarətlərdən orada ölüb.   Hadisəni törətməkdə qadının əri, 1958-ci il təvəllüdlü Vaqif Alcan oğlu Mustaqov şübhəli bilinir.   Məlumata görə, hadisə ailə münaqişəsi zəminində törədilib.   Faktla bağlı araşdırma aparılır.