Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

Bakıda qadını elektrik naqili ilə boğaraq öldürən şəxsin məhkəməsi başladı

Bakıda qadını elektrik naqili ilə boğaraq öldürən şəxsin məhkəməsi başladı

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Eynur Əlizadənin cinayət işi üzrə məhkəmə iclası başlayıb.

 

Hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

 

Məhkəmənin növbəti iclası oktyabrın 5-nə təyin edilib.

 

Qeyd edək ki, mayın 31-i saat 13 radələrində Sabunçu rayonunun Bakıxanov qəsəbəsində yaşayan 1990-cı il təvəllüdlü Cəfərova Turanə İldırım qızının üzərində xəsarət izləri olan meyitinin yaşadığı evdə aşkar edilməsi faktı ilə bağlı Sabunçu Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

 

İstintaqla müəyyən edilib ki, zərərçəkmişin tanışı Əlizadə Eynur Əfqan oğlu şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı T.Cəfərovanı sərinkeşin elektrik naqili ilə boğaraq qəsdən öldürüb.

 

Daha sonra E.Əlizadə şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

///Report