Türkiyənin İstanbul şəhərində "qanuni oğru" Arif Mehdiyev (Arif Sumqaitski) saxlanılıb.
Lent.az-ın məlumatına görə, o İstanbulun "Sabiha Gökçen" aeroportunda cibgirlik edərkən tutulub.
A.Mehdiyev polis şöbəsində dindirilib, izahatı alındıqdan sonra sərbəst buraxılıb.
Qeyd edək ki, Arif Sumqayitski Azərbaycanın "oğru dünyası”nın "generallarındandır”. O, 1961-ci ilin fevral ayının 25-də Göyçayda anadan olub. "Qanuni oğru” adını 1989-cu ildə alıb. Rusiyada cəmi 6 ay məntəqə tipli cəzaçəkmə müəssisəndə olub.
Məlumata görə, "qanuni oğru” adını Azərbaycanda alıb. Rusiyada həbs edilərkən məhkəmə prosesində özü haqda belə deyib:
"Mənim peşəm cibgirlikdir, belə də isə ”qanuni oğru"yam".