Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

Bakıda kişi arvadını evdən ayrıldığı üçün bibisinin evində döyüb

Bakıda kişi arvadını evdən ayrıldığı üçün bibisinin evində döyüb

Daxili İşlər Nazirliyi Azərbaycanda körpəsini qoruduğu üçün əri tərəfindən döyülən qadın barədə yayılan məsələyə münasibət bildirib.

DİN-in mətbuat xidmətinin inspektoru, polis mayoru Anar Qafarov SHOWNEWS.AZ-ın sorğusuna cavab olaraq bildirib ki, 29.09.2021-ci il tarixində vətəndaş L.İsgəndərova DİN-in “102” Xidməti Zəng  Mərkəzinə zəng edərək qohumu Səbinənin həyat yoldaşı Səbuhi Bayramov tərəfindən döyüldüyünü bildirib:

“Daxil olan məlumatla bağlı Binəqədi RPİ-nin 6-cı Polis Bölməsində Abşeron rayonu, Xırdalan şəhərində yaşayan zərərçəkən S.Nəbiyevanın ərizəsi alınıb. O, ərizəsində 29.09.2021-ci ildə Binəqədi rayonu Biləcəri qəsəbəsində yaşayan bibisinin evində olan zaman həyat yoldaşı Səbuhi Bayramov saat 20:00 radələrində ora gəlib, evdən ayrıldığı üçün onu döyərək bədən xəsarətləri yetirib. S.Nəbiyevanın xəsarətlərinin dərəcəsinin müəyyən edilməsi üçün məhkəmə-tibbi ekspertizası təyin edilib. Ər saxlanılaraq 6-cı Polis Bölməsinə gətirilib. O, izahatında həyat yoldaşını döydüyünü etiraf edib. Təyin edilən ekspertizanin rəyindən sonra onun əməlinə hüquqi qiymət veriləcək”. 

 

“Zərərçəkən qadın polislərin nəzarəti ilə təhlükəsizlik tədbirləri çərçivəsində artıq sığınacağa yerləşdirilib. Həmçinin ailə Abşeron rayonunda yaşadığından onların profilaktik nəzarətə götürülməsi üçün Abşeron Rayon Polis İdarəsinə tapşırıq verilib”, - deyə A.Qafarov qeyd edib.