Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

Xırdalanda ər 22 yaşlı arvadını öldürdü

Xırdalanda ər 22 yaşlı arvadını öldürdü

Xırdalanda 30 yaşlı kişi 22 yaşlı həyat yoldaşını qətlə yetirib.

Prokurorluqdan verilən məlumata görə, oktyabrın 7-si saat 11 radələrində Abşeron rayonu, Xırdalan şəhərində fərdi yaşayış evində kirayədə yaşayan 1999-cu il təvəllüdlü İnci Umarova yaşadığı evdə öldürülüb.

Araşdırmalarla zərərçəkmişin əri, 1991-ci il təvəllüdlü Sənan Umarovun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı İnci Umarovaya bıçaqla çoxsaylı xəsarətlər yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

 

Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Sənan Umarov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

İstintaq tədbirləri davam etdirilir.