Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

Sumqayıtda idmançını öldürən ata-oğula hökm oxundu

Sumqayıtda idmançını öldürən ata-oğula hökm oxundu

Sumqayıt şəhərində Rasif Həbibovu öldürməkdə təqsirləndirilən Əhəd İsmayılov və Ramil İsmayılovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əli Məmmədovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, R.İsmayılov 10 il 6 ay, Ə.İsmayılov isə 9 il müddətinə azadlıqdan məhrum ediliblər.

 

Qeyd edək ki, hadisə 2018-ci ildə baş verib və uzun müddət məhkəmə çəkişməsi gedib.

Dava internet klubda telefonu “zaryatka”ya taxmaq üstündə olub. Ramil İsmayılov internet klubda Rasif Həbibovun telefonunu enerjidən ayırıb öz telefonunu taxmaq istəyəndə tərəflər arasında mübahisə yaranıb. R.Həbibov R.İsmayılovu şillə ilə vurub. Bundan sonra Ramil evə gedərək atası Əhədlə birgə Həbibovla münasibətləri aydınlaşdırmaq üçün geri qayıdıb. Bu zaman onların üzərində bıçaq olub. Ata və oğul Rasif Həbibov və onun dostu Samir Dadaşovu bıçaqlayıblar. Yaralılar dərhal xəstəxanaya çatdırılıb. Lakin bir neçə gün sonra R.Həbibov xəstəxanada dünyasını dəyişib.

Dava edən şəxslər qonşu olublar. Qətlə yetirilən Rasif Həbibov isə idmançı olub.