Ana səhifə Siyasət Sosial Kriminal Şou 18+ Astrologiya Hadisə İdman Dünya Maraqlı Videolar

Bakıda körpəsini öldürən ata: "Peşmanam, özümdə olmamışam"

Bakıda körpəsini öldürən ata: "Peşmanam, özümdə olmamışam"

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Əliyev Vüsal Həsən oğlunun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası başlayıb.

 

Hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

 

Məhkəmədə məlum olub ki, V.Əliyev daha əvvəl məhkumluq həyatı yaşamayıb.

 

Hadisə zamanı içkili olan V.Əliyev baş verən hadisədən peşman olduğunu, özündə olmadığını, bilmədən belə bir əməl törətdiyini deyib.

 

Məhkəmənin baxış iclası oktyabrın 19-na təyin edilib.

 

Qeyd edək ki, bu il mayın 30-da 2020-ci il təvəllüdlü V.Əliyevin yaşadığı evdə ölməsi barədə Binəqədi Rayon Prokurorluğuna məlumat daxil olub.

 

Faktla bağlı Cinayət Məcəlləsinin 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin olunub.

 

İlkin istintaqla cinayətin zərərçəkmişin atası V.Əliyev tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən edilib.

 

O, şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

 

Məlumata görə, hadisə gecə saat 3 radələrində olub. Evə əlində pivə ilə gələn V.Əliyev körpəsini boğaraq öldürüb.

///Report