Bakıda iki azyaşlı qızına təcavüz etməkdə ittiham olunan şəxs hakim qarşısına çıxarılıb.
Bakı Ağır Cinayətlər Məhkəməsində 56 yaşlı Sahib Şıxıyevin barəsində olan cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb.
Hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən məhkəmə iclasında hökm oxunub.
Hökmə əsasən S.Şıxıyev 16 il müddətinə azadlıqdan məhrum edilib.
İttihama görə, Sahib Şıxıyev yetkinlik yaşına çatmayan iki qızına təcavüz edib.
Ona qarşı Cinayət Məcəlləsinin 150.3.3-cü (Seksual xarakterli zorakılıq hərəkətləri; təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxs barəsində törədildikdə) və 150.2.3-cü (Seksual xarakterli zorakılıq hərəkətləri; təqsirkar üçün aşkar surətdə yetkinlik yaşına çatmayan şəxs barəsində törədildikdə) maddələri ittiham irəli sürülüb. (musavat.com)